Dünya Azərbaycanlıları
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Dünya Azərbaycanlıları

Bizi birləşdirən tək yer
 
AnasayfaLatest imagesAxtarQeydiyyatdan keçinGiriş
Navigation
 Ana səhifə
 Chat
 Blog
 İstifadəçi siyahısı
 Şəxsi mə`lumat
 MVS
 Axtar
Böyük qayıdış
İbtidai icma quruluşu Icon_minitimeÇ.a. Dek. 08, 2009 2:03 am tarafndan Admin
Əziz qrup istifadəçiləri uzun zamandan sonra yenidən forumumuzun inkişafına birgə çalışmağa dəvət edirəm.......Uzun zamandır …

Yorum: 0
Forumda Müsabiqə
İbtidai icma quruluşu Icon_minitimeC.a. Fev. 19, 2009 9:10 pm tarafndan Admin
Əziz qrup istifadəçilərimiz aprel ayının birinə qədər ən çox ismaric yazmış və fəal olmuş 2 istifadəçimizə status veriləcək və …

Yorum: 2
En son konular
» Ən yeni və Müasir tarix
İbtidai icma quruluşu Icon_minitimeB. İyul 04, 2010 7:56 am tarafndan noticen245

» İbtidai icma quruluşu
İbtidai icma quruluşu Icon_minitimeB. İyul 04, 2010 7:56 am tarafndan noticen245

» Azərbaycanın Görkəmli Şəxsiyyətləri
İbtidai icma quruluşu Icon_minitimeB. İyul 04, 2010 7:55 am tarafndan noticen245

» Müstəqilliyimizə aparan yol
İbtidai icma quruluşu Icon_minitimeC.a. Dek. 17, 2009 10:07 pm tarafndan Admin

» Xaricdə mövcud olan millətimiz....
İbtidai icma quruluşu Icon_minitimeÇ.a. Dek. 08, 2009 2:11 am tarafndan Admin

» Böyük qayıdış
İbtidai icma quruluşu Icon_minitimeÇ.a. Dek. 08, 2009 2:03 am tarafndan Admin

» Quba rayonu
İbtidai icma quruluşu Icon_minitimeC. Dek. 04, 2009 1:44 pm tarafndan Naughty

» Oğuz rayonu
İbtidai icma quruluşu Icon_minitimeŞ. Okt. 24, 2009 7:56 pm tarafndan www.oguzinfo.tk

» Xızı rayonu
İbtidai icma quruluşu Icon_minitimeÇ.a. Okt. 20, 2009 2:11 pm tarafndan ul-via

Axtar
 
 

Sonu :
 
Rechercher knt aratrma
Affiliates
free forum
En iyi yollayclar
Admin
İbtidai icma quruluşu Vote_lcapİbtidai icma quruluşu Voting_barİbtidai icma quruluşu Vote_rcap 
SEHERKULEYI
İbtidai icma quruluşu Vote_lcapİbtidai icma quruluşu Voting_barİbtidai icma quruluşu Vote_rcap 
Ramiros
İbtidai icma quruluşu Vote_lcapİbtidai icma quruluşu Voting_barİbtidai icma quruluşu Vote_rcap 
mali59
İbtidai icma quruluşu Vote_lcapİbtidai icma quruluşu Voting_barİbtidai icma quruluşu Vote_rcap 
noticen245
İbtidai icma quruluşu Vote_lcapİbtidai icma quruluşu Voting_barİbtidai icma quruluşu Vote_rcap 
rashadzalov
İbtidai icma quruluşu Vote_lcapİbtidai icma quruluşu Voting_barİbtidai icma quruluşu Vote_rcap 
ul-via
İbtidai icma quruluşu Vote_lcapİbtidai icma quruluşu Voting_barİbtidai icma quruluşu Vote_rcap 
www.oguzinfo.tk
İbtidai icma quruluşu Vote_lcapİbtidai icma quruluşu Voting_barİbtidai icma quruluşu Vote_rcap 
celiko
İbtidai icma quruluşu Vote_lcapİbtidai icma quruluşu Voting_barİbtidai icma quruluşu Vote_rcap 
cemil452
İbtidai icma quruluşu Vote_lcapİbtidai icma quruluşu Voting_barİbtidai icma quruluşu Vote_rcap 

 

 İbtidai icma quruluşu

Aaa gitmek 
2 posters
MüəllifIsmarıc
Admin
Admin
Admin
Admin


Erkek
İsmarıc sayı : 106
Age : 35
Şəhər/ölkə : Bakı/Azərbaycan
İş/hobbi : Proqramist
Registration date : 02/09/08

İbtidai icma quruluşu Empty
Yeni mövzuMövzu: İbtidai icma quruluşu   İbtidai icma quruluşu Icon_minitimeÇ.a. Sen. 02, 2008 7:18 pm

Azərbaycanın ibtidai icma quruluşu haqqında bilənlər öz dəqiq biliklərini bizimlə paylaşsınlar
Əvvələ qayıt Aaa gitmek
https://worldaz.azerbaijaniforum.com
Admin
Admin
Admin
Admin


Erkek
İsmarıc sayı : 106
Age : 35
Şəhər/ölkə : Bakı/Azərbaycan
İş/hobbi : Proqramist
Registration date : 02/09/08

İbtidai icma quruluşu Empty
Yeni mövzuMövzu: Geri: İbtidai icma quruluşu   İbtidai icma quruluşu Icon_minitimeC.a. Sen. 04, 2008 1:16 pm

Mezolit dövrü
Mezolit* dövrü. E.ə 12-ci minillikdən Azərbaycan ərazisində qəbilə icmasının inkişafında yeni dövr başlanır. Mezolit və ya Orta Daş dövrü adlanan bu dövr e.ə VII minnilliyə qədər davam etmişdir.
Mezolit dövründə yaşayış üçün daha əlverişli iqlim şəraiti olmuşdur. Qəbilələr halinda birləşmiş insanların həyatında, dünyagörüşündə, ətraf aləmə münasibətlərində xeyli dəyişikliklər baş vermişdir. Yeni emək alətləri yaratmiş insanlar əsasən ovçuluq, yığıcılıq və balıqçılıqla məşğul olmuşlar.



Mezolit dövründə ox və kamanın ixtira edilmişdir. Bu silahın köməyi ilə insanlar heyvanları daha uzaq məsafədən ovlaya bilirdilər. Onlar qida ehtiyatını artırmağa nail olmuş və heyvanları əhliləşdirməyə başlamışlar. İlk vaxtlar heyvanların balalarını qida ehtiyatı kimi saxlayırdılar. Belləliklə, ibtidai maldarlığın əsası qoyulurdu. Lakin heyvanları əhliləşdirilməsi çox uzun dövr ərzində olmuşdur.
Mezolit dövründə ilk əkinçilik vərdişləri də yaranırdı. Ət ehtiyatının artması insanların ərzağa olan tələbatının qismən ödədiyinə görə, toplanmış yabanı bitki toxumlarının da bir hissəsini ehtiyat üçun saxlayirdılar. Bu isə ibtidai əkinçiliyin meydana gəlməsinə şərait yaradırdı.
Beləliklə, Mezolit dövründə mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçidin əsası qoyulmuşdur. Əvəllər təbietin hazır nemətlərini toplayib onlardan istifadə edən indi onları bilavasitə istehsal etməyə başlamışlar. Lakin istehsal təsərrüfatının formalaşması bir qədər gec -Yeni Daş dövründə başa çatmışdır.
Azərbaycanda Mezolit dövrü əhalisinin yaşayışı, məşğuliyyəti Qobustan abidələri əsasında öyrənilmişdir. Burada insanlar təxminən e.ə. 12-ci minillikdən Onlar ovçuluq, bqlıqçılq və yığıcılıqla məşğul olmuşlar. Qobustandaki mezolit düşərgələrində çaxmaqdaşı və sümükdən hazırlanmış əmək alətləri tapılmışdır. Həmin dövrdə insanlar çox kişik ölçülü ( mikrolit* ), həndəsi formalı, gəzli, üçkünc, kəsici və s. alətlər istifadə etmişlər.
Sümükdən biz. ox ucu habelə baıqçılıqda istifadə olunan alətlər düzəldirdilər. Qazax rayonunda Damcılı mağarasında Mezolit dövrünə aid kiçik ölçülü ox ucları, müxtəlif tipli alətlər, cilalanmış, dişli lövhələr tapılmışdır.
Mezolit dövründə ibtidai incəsənət xeyli inkişaf etmişdir. Qobustan qayalarında bu dövr insanlarının ovsum-totem inamlarını, dini ayinləri, ov səhnələrini əks etdirən rəsmlər həkk olunmuşdur. Burada qadın və müxtəlif heyvan rəsmləri çox məharətlə təsvir edilmişdir.
Mezolit dövründə insanlar axirət dünyasına inanmış, dəfn zamanı ölülərin yanına məişət əşyaları qoymuşlar. Qobustanda mezolit qəbirlərindən birindən belə əşyalar tapılmışdır.
Əvvələ qayıt Aaa gitmek
https://worldaz.azerbaijaniforum.com
Admin
Admin
Admin
Admin


Erkek
İsmarıc sayı : 106
Age : 35
Şəhər/ölkə : Bakı/Azərbaycan
İş/hobbi : Proqramist
Registration date : 02/09/08

İbtidai icma quruluşu Empty
Yeni mövzuMövzu: Geri: İbtidai icma quruluşu   İbtidai icma quruluşu Icon_minitimeC.a. Sen. 04, 2008 1:17 pm

ÜST PALEOLİT
Üst Paleolit texminen 40 min il bundan əvvəl başlamış, e.ə. 12-ci il minilliyə qədər davam etmişdir. Bu dğvrdə iqlim mülayimleşmiş, bitki və heyvanat aləmimində, habelə ictimai həyatda xeyli dəyişikliklər baş vermişdir.
Azərbaycanın bir sıra bölgələrində Üst Paleolit dövrünün mağara düşergələri öyrəmilmişdir. İbtidai insanlar bu mağaralarda yaşamış və vəhşi heyvanların hücumunlarından qorunmuşlar. Bu dövrün maddi qaliqlarına Qarabağ və Qazax bölgəlrində rast gəlinmişdir.

Üst Paleolit dövründə bir sıra heyvanların, xüsusilə nəhəng maralın, mağara ayisının nəsli kəsilmişdir. İnsanlar ən çox Qafqaz maralı ceyran, cüyür, dağkeçisi və s. ovlayırdılar. İnsanların istifadə etdikləri uclu qaşovlar, biz, dairəvi, yarım dairəvi və uzun qaşovlar, gəzli ( yəni kənarı dişikli ) və üçbucaq əmək alətləri geniş yayılmışdır.



Üst Paleolit dövründə Azərbaycan ərazisində müasir insan tipinin, yəni ağıllı insanın Homo Sapiyens yarananması başa çatmışdı. İnsan fiziki və əqli inkşafın yüksək mərhələsinə çatmışdır. Təfəkkür və nitq inkişaf tapmışdır. İbtidai cəmiyyətin bu mərhələsində ilk vaxtlar insanlar bir-birini adi hərəkətlərlə kinetik dillə - əl, dodaq hərəkətləri ilə başa salırdılar. Lakin onlar bu üsulla uzaq məsafədə və qaranlıqda ünsiyyət yarada bilmirdilər. Əmək fəaliyyətinin artması, şüurun, düşüncənin inkişafı tədricən səsli nitqin yaranmasına səbəb olmuşdu.
Səsli nitq ilk vaxtlar ibtidai insanların yaratdığı və tələffüz etdiyi ilk sözlərdən, təsərrüfat həyatı ilə bağlı tək-tək sadə ifadələrdən ibarət olmuşdur. Tədricən ayri-ayri ifadələrin birləşməsindən ( iki-üç və s. sözdən ) nisbətən mürəkkəb fikri ifadə edən səsli nitq-danışiq qnsiyyət vasitəsi yaranmışdır. Ulu icmanı qəbilə icması əvəz etmişdir. Onun əsasını qan qohumu olan insanların birliyi təşkil edirdi. Buna nəsli qəbilə quruluşu deyilir.
Nəsli qəbilə dövründə insanlar ana xətti ilə qohumluq əsasında birləşmişdilər. Qəbilənin həyatında qadın mühüm rol oynayirdı. Uşaqların qayğısına qalmaq, giləmeyvə və yabanı bitkilər toplamaq, odu qoruyub saxlamaq, yemək hazırlamaq və s. qadınların işi idi. Buna görə də nəsli qəbilə icması anaxaqanlığı ( matrixat ) adlanır
Əvvələ qayıt Aaa gitmek
https://worldaz.azerbaijaniforum.com
Admin
Admin
Admin
Admin


Erkek
İsmarıc sayı : 106
Age : 35
Şəhər/ölkə : Bakı/Azərbaycan
İş/hobbi : Proqramist
Registration date : 02/09/08

İbtidai icma quruluşu Empty
Yeni mövzuMövzu: Geri: İbtidai icma quruluşu   İbtidai icma quruluşu Icon_minitimeC.a. Sen. 04, 2008 1:19 pm

ORTA PALEOLiT

Orta Paleolit texminen 100 min il bundan əvvəl başlamış, e.ə 40-cı minilliyə qədər davam etmişdir. Bu dövr Mustye mədəniyyəti (Mustye-Faransada yer adıdır. Orta Paleolit əmək aletleri ilk dəfə buradan tapılmışdır ) dövrü də adlanır. Orta Paleolit dövründə Azərbaycanın ərazisində yaşayan qədim insanların həyatında bir sıra əhəmiyyətli yeniliklər baş vermişdir. Kiçik Qafqazın cənub-şərq yamacında, Naxçıvan, Qarabağ, Qazax bğlgələrində məskən salmışlar.
Arxeolaqlarımız Qarabağda Tağlar, Naxçıvanda Qazma, Qazaxda Damcıli mğaralarında Orta Paleolit dövrünə aid zəngin maddi mədəniyyət nümunələri tapılmışlar.


Orta Paleolit dövründə yeni insan tipi yaranmışdır. Həmin insanlar NEANDERTAL adamı adlanır. Neandertal - Almaniyada yer adıdır. Burada ibtidai insanın kəllə sümüyü tapılmışdır. Onlar əsasən ovçuluqla-Qafqaz maralı, mağara ayısı, biz ayı. tur. dağkeçisi, vəhşi at və s. ovlamaqla, həmçinin yem toplamaqla ( yığıcılıqla ) məşğul olmuşlar.
Ətraf aləmə münasibətdə və ibtidai dini təsəvürlərdə müəyyən dəyişikliklər baş vermişdir. Axirət dünyasına inam ilk dəfə bu dövrdə yaranmışdır. aoavsun, heyvanlara ( totemlərə), təbiət qüvvələrinə inamla bağlı dini təsəvvür formaları meydana gəlmişdir.
Orta Paleolit dövründən başlayaraq ulu icma yavaş-yavaş sıradan çıxmış, qəbilə icması yaranmağa başlamışdır.
Əvvələ qayıt Aaa gitmek
https://worldaz.azerbaijaniforum.com
Admin
Admin
Admin
Admin


Erkek
İsmarıc sayı : 106
Age : 35
Şəhər/ölkə : Bakı/Azərbaycan
İş/hobbi : Proqramist
Registration date : 02/09/08

İbtidai icma quruluşu Empty
Yeni mövzuMövzu: Geri: İbtidai icma quruluşu   İbtidai icma quruluşu Icon_minitimeÇər. Sen. 17, 2008 3:38 pm

ALT PALEOLİT
İlk insan tipinin yaranmasından başlayaraq 100 min il bundan əvvələ qədər davam etmişdir. Bu dövr insanlarınin həyat tərzi Qarabağın Quruçay vadisində, Füzuli şəhəri yaxınlığında yerləşən AZIX mağarasında əldə edilən materiallar əsasında öyrənilmişdir. AZIX mağarasının en qədim dövrə aid təbəqələrində ibtidai insanların işlətdikləri kobud daş alətləri tapılmışdır. Bu alətlər adi çay daşlarından hazırlanmışdır.Minillər keçdikcə ibtidai insanlar fiziki və əqli cəhətdən xeyli inkişaf etmişlər.Əmək alətləri təkmilləşdirilmişdir. İlk vaxtlar insanların çox işlərinə yarayan kobud əl çapacaqları, sonralar isə ərsin-qaşov, sıyırğac və s. daş alətlər hazirlamışlar. Belə müxtəlif növ əmək alətləri AZIX mağarasının alt təbəqəsində tapılmışdır. Əmək alətləri ilə yanaşı, vəhşi heyvanların sümükləri də tapılmışdır. Bu sümüklərə əsasən, qədim insanların ovladığı vəhşi heyvanların növləri müəyyənləşdirilmişdir. Ov ilk vaxtlar sadə üsullarla edilirdi.Əsasən xırda heyvanları və iri heyvanların balalarını ovlayirdılar. Ovşuluqla yanaşı, yeməli yabanı bitkiləri və giləmeyvələri də yığırdılar. İnsanlar təbiətin hazır məhsullarını mənimsəyirdilər.




İbtidai insanlar kiçik qrublar, dəstələr halinda yaşayırdılar. Belə kiçik kollektivlər ibtidai insan "sürüsü" və ya "ulu icma" adlanır. Ulu icma kortəbii şəklində, təbiət hadisələri qarşısinda aciz qalmamaq məcburriyyətindən yaranmışdır. Belə kollektivlər daimi deyildi. Onlar tez-tez dağılır, sonra yeniləri yaranırdı. Ulu icma ibtidai icma qurluşunun ilk pilləsində meydana gəlmiş və qəbilə icması formalaşanadək davam etmişdi.

Qədim insanların oddan istifadə etməsi onların həyatında çox mühüm hadisə olmuşdur. İlk vaxtlar ildırım çaxması vəya üzvi maddələrin öz-özünə yanması nəticəsində əmələ gəlmişdir. Sonralar insanlar quru ağac parçalarını, çaxmadaşını bir-birinə vurmaqla od əldə etməyi öyrənmişlər. AZIX mağarasında 700 min il bundan əvvələ aid ocaq izləri vardır. Ocaqdan isinmək, yemək hazırlamaq və vəhşi heyvanlardan qorunmaq üçün istifadə olunurdu. AZIX mağarasında 1968-ci ildə ibtidai insanın alt çənə sümüyünün qaliği tapılmışdır. Bu, dünyanın ən qədim belə tapıntılarından dördüncüsüdür. Antropoloqlar* həmin ibtidai insanı Azınxantrop, yəni "AZIX ADAMI" adlandırmışlar. Azınxantroplar 350-400 min il bundan əvvəl yaşamışlar. AZIX adamının çənə sümüyü Azərbaycanın qədim insanın formalaşdığı ərazi birliklərdən biri olduğunu sübut edir. AZIX mağarasında tikili qalığın tapılması qədim insanların tədricən tikinti vərdişlərinə yiyələnməsini göstərir. Zaman keçdikcə AZIX mağarasındada tapılmış ayi kəllələrindən bəzilərinin üzerində müeyyən işarələr cızılmışdı. Bu, sadə dini ayinlərin və totemlərin* yaranması ilə bağlıdır. Alt paleolit dövrünün sonunda əmək alətlərinin yeni növləri meydana gəlmişdir. Alətlər əsasən çaxmaqdaşı, bazalt və obsidiandan (vulkanik şüşə dəvə-gözü ) hazırlanmışdır. Daş nüvədən (nukleus) qoparılmış qəlpələrdən dişli, ucu oymalı, qaşov tipli alətlər, kəsicilər hazırlanmışdır.
Əvvələ qayıt Aaa gitmek
https://worldaz.azerbaijaniforum.com
Admin
Admin
Admin
Admin


Erkek
İsmarıc sayı : 106
Age : 35
Şəhər/ölkə : Bakı/Azərbaycan
İş/hobbi : Proqramist
Registration date : 02/09/08

İbtidai icma quruluşu Empty
Yeni mövzuMövzu: Geri: İbtidai icma quruluşu   İbtidai icma quruluşu Icon_minitimeÇər. Sen. 17, 2008 3:39 pm

Bəşər cəmiyyətini ilkin inkişaf dövrü ibtidai icma qurluşu adlanir.
İbtidai cəmiyyət başqa dövrlərə nisbətən uzun müddət davam etmişdir. İbtidai icma qurluşu ilk insanlarin yaranmasi ilə başlamiş uzun inkişaf yolu keçmişdir. Bu quruluş ayri-ayri ərazilərdə müxtəlif dövrlərdə baş vermişdir. İcma qurluşunun inkişaf vədağilmasi hər bir ölkənin təbii ehtiyatlari və başqa amillərlə bağli olmuşdur. Arxeologiya* elminə görə ibtidai icma qurluşu şərti olaraq üç dövrə bölünür.. DAŞ dövrü. TUNC dövrü. DƏMİR dövrü. Azerbaycan dünyanin ən qədim mədəniyyət ocaqlarindan biridir. Əlverişli təbii coğrafi şərait (şirin su qaynaqlarının, bitki və heyvanat aləminin zənginliyi, təbii mağaraların olması) ibtidai insanlarin məskən salmasına imkan yaratmışdır. Dünyanın ən qədim insan tiplərinin qaliqları ilk dəfə 1931-ci ildə Şərqi Afrikada (Keniya və Tanzaniya) tapilmışdır. Bu qalıqlara əsasən, alimlər ilk insan sürülərinin 2-3 milyon il bundan əvvəl yaşadığini müəyyən etmişlər.




Azerbaycanda ilk insan sürüləri (dəstələri) 1,5 milyon il bundan əvvəl meydana gəlmişdir. Qədim insanlar Azerbaycanı yaşadqları düşərgələr Qarabağ, Naxçıvan, Kəlbəcər, Lerik, Yardımlı bölgələrində aşkar edilmişdir. Qarabağda AZIX, Tağlar, Kəlbəcərdə Zar, Naxçıvanda Qazma, Qaxaxda Daşsalahlı, Damcılı, Lerikdə Buzeyr mağaralarında tapilmış əmək alətləri, silahlar və ovlanmış heyvanların sümük qalıqları əsasında daş dövrü insanlarının həyatı öyrənilmişdir.
Qarabağdakı AZIX mağarasının resmi;
Əvvələ qayıt Aaa gitmek
https://worldaz.azerbaijaniforum.com
noticen245
İstifadəçi
İstifadəçi



Erkek
İsmarıc sayı : 3
Age : 54
Şəhər/ölkə : tententen
İş/hobbi : 12412412
Registration date : 04/07/10

İbtidai icma quruluşu Empty
Yeni mövzuMövzu: Geri: İbtidai icma quruluşu   İbtidai icma quruluşu Icon_minitimeB. İyul 04, 2010 7:56 am

Əvvələ qayıt Aaa gitmek
Sponsored content





İbtidai icma quruluşu Empty
Yeni mövzuMövzu: Geri: İbtidai icma quruluşu   İbtidai icma quruluşu Icon_minitime

Əvvələ qayıt Aaa gitmek
 
İbtidai icma quruluşu
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun msaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Dünya Azərbaycanlıları :: Azərbaycan :: Azərbaycanın tarixi-
Keç: