Dünya Azərbaycanlıları
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Dünya Azərbaycanlıları

Bizi birləşdirən tək yer
 
AnasayfaLatest imagesAxtarQeydiyyatdan keçinGiriş
Navigation
 Ana səhifə
 Chat
 Blog
 İstifadəçi siyahısı
 Şəxsi mə`lumat
 MVS
 Axtar
Böyük qayıdış
Azərbaycanın Görkəmli Şəxsiyyətləri Icon_minitimeÇ.a. Dek. 08, 2009 2:03 am tarafndan Admin
Əziz qrup istifadəçiləri uzun zamandan sonra yenidən forumumuzun inkişafına birgə çalışmağa dəvət edirəm.......Uzun zamandır …

Yorum: 0
Forumda Müsabiqə
Azərbaycanın Görkəmli Şəxsiyyətləri Icon_minitimeC.a. Fev. 19, 2009 9:10 pm tarafndan Admin
Əziz qrup istifadəçilərimiz aprel ayının birinə qədər ən çox ismaric yazmış və fəal olmuş 2 istifadəçimizə status veriləcək və …

Yorum: 2
En son konular
» Ən yeni və Müasir tarix
Azərbaycanın Görkəmli Şəxsiyyətləri Icon_minitimeB. İyul 04, 2010 7:56 am tarafndan noticen245

» İbtidai icma quruluşu
Azərbaycanın Görkəmli Şəxsiyyətləri Icon_minitimeB. İyul 04, 2010 7:56 am tarafndan noticen245

» Azərbaycanın Görkəmli Şəxsiyyətləri
Azərbaycanın Görkəmli Şəxsiyyətləri Icon_minitimeB. İyul 04, 2010 7:55 am tarafndan noticen245

» Müstəqilliyimizə aparan yol
Azərbaycanın Görkəmli Şəxsiyyətləri Icon_minitimeC.a. Dek. 17, 2009 10:07 pm tarafndan Admin

» Xaricdə mövcud olan millətimiz....
Azərbaycanın Görkəmli Şəxsiyyətləri Icon_minitimeÇ.a. Dek. 08, 2009 2:11 am tarafndan Admin

» Böyük qayıdış
Azərbaycanın Görkəmli Şəxsiyyətləri Icon_minitimeÇ.a. Dek. 08, 2009 2:03 am tarafndan Admin

» Quba rayonu
Azərbaycanın Görkəmli Şəxsiyyətləri Icon_minitimeC. Dek. 04, 2009 1:44 pm tarafndan Naughty

» Oğuz rayonu
Azərbaycanın Görkəmli Şəxsiyyətləri Icon_minitimeŞ. Okt. 24, 2009 7:56 pm tarafndan www.oguzinfo.tk

» Xızı rayonu
Azərbaycanın Görkəmli Şəxsiyyətləri Icon_minitimeÇ.a. Okt. 20, 2009 2:11 pm tarafndan ul-via

Axtar
 
 

Sonu :
 
Rechercher knt aratrma
Affiliates
free forum
En iyi yollayclar
Admin
Azərbaycanın Görkəmli Şəxsiyyətləri Vote_lcapAzərbaycanın Görkəmli Şəxsiyyətləri Voting_barAzərbaycanın Görkəmli Şəxsiyyətləri Vote_rcap 
SEHERKULEYI
Azərbaycanın Görkəmli Şəxsiyyətləri Vote_lcapAzərbaycanın Görkəmli Şəxsiyyətləri Voting_barAzərbaycanın Görkəmli Şəxsiyyətləri Vote_rcap 
Ramiros
Azərbaycanın Görkəmli Şəxsiyyətləri Vote_lcapAzərbaycanın Görkəmli Şəxsiyyətləri Voting_barAzərbaycanın Görkəmli Şəxsiyyətləri Vote_rcap 
mali59
Azərbaycanın Görkəmli Şəxsiyyətləri Vote_lcapAzərbaycanın Görkəmli Şəxsiyyətləri Voting_barAzərbaycanın Görkəmli Şəxsiyyətləri Vote_rcap 
noticen245
Azərbaycanın Görkəmli Şəxsiyyətləri Vote_lcapAzərbaycanın Görkəmli Şəxsiyyətləri Voting_barAzərbaycanın Görkəmli Şəxsiyyətləri Vote_rcap 
rashadzalov
Azərbaycanın Görkəmli Şəxsiyyətləri Vote_lcapAzərbaycanın Görkəmli Şəxsiyyətləri Voting_barAzərbaycanın Görkəmli Şəxsiyyətləri Vote_rcap 
ul-via
Azərbaycanın Görkəmli Şəxsiyyətləri Vote_lcapAzərbaycanın Görkəmli Şəxsiyyətləri Voting_barAzərbaycanın Görkəmli Şəxsiyyətləri Vote_rcap 
www.oguzinfo.tk
Azərbaycanın Görkəmli Şəxsiyyətləri Vote_lcapAzərbaycanın Görkəmli Şəxsiyyətləri Voting_barAzərbaycanın Görkəmli Şəxsiyyətləri Vote_rcap 
celiko
Azərbaycanın Görkəmli Şəxsiyyətləri Vote_lcapAzərbaycanın Görkəmli Şəxsiyyətləri Voting_barAzərbaycanın Görkəmli Şəxsiyyətləri Vote_rcap 
cemil452
Azərbaycanın Görkəmli Şəxsiyyətləri Vote_lcapAzərbaycanın Görkəmli Şəxsiyyətləri Voting_barAzərbaycanın Görkəmli Şəxsiyyətləri Vote_rcap 

 

 Azərbaycanın Görkəmli Şəxsiyyətləri

Aaa gitmek 
2 posters
MüəllifIsmarıc
Admin
Admin
Admin
Admin


Erkek
İsmarıc sayı : 106
Age : 35
Şəhər/ölkə : Bakı/Azərbaycan
İş/hobbi : Proqramist
Registration date : 02/09/08

Azərbaycanın Görkəmli Şəxsiyyətləri Empty
Yeni mövzuMövzu: Azərbaycanın Görkəmli Şəxsiyyətləri   Azərbaycanın Görkəmli Şəxsiyyətləri Icon_minitimeÇər. Sen. 17, 2008 3:45 pm

Uzun Həsən 1ci hissə
XV əsrdə Azərbaycan ərazisində iki dövlət mövcud idi ki, onların tayfa nişanlarında qoyun təsviri verilmişdi. Həmin rəmzi təsvir bu tayfaların yaratdığı dövlətlərin də bayraqlarında öz əksini tapmışdı. Bayraqlarda təsvir olunan qoyunların rənginə görə, dövlətlərin biri Ağqoyunlu, o biri isə Qaraqoyunlu adlandırılmışdı. Onlar arasında Azərbaycanda və Ön Asiyada hakimiyyəti ələ almaq uğrunda qanlı mübarizə gedirdi. Həmin mübarizədə osmanlı türkləri və teymurilər də fəal iştirak edirdilər. Əsrin əvvəllərində, Həsən bəy Bayandurun rəhbərliyi altında Ağqoyunlu dövləti təzə-təzə yarananda Qaraqoyunlular dövləti artıq özünün çiçəklənmə dövrünü keçirməkdə idi. Azərbaycan, İraq, Kürdüstan, Qərbi İran, Ermənistan və bir çox ətraf ölkələr onun tərkibinə daxil idi. Qaraqoyunlu dövlətinin iaytaxtı Təbriz idi. Ancaq tezliklə qüvvələr nisbəti dəyişdi.

Dahi siyasi xadim, iste'dadlı sərkərdə və müdrik diplomat olan Ağqoyunlu Həsən bəy Bayandur 1423/24-cü ildə doğulmuşdur.

Uca boylu, iri bədənli olduğuna görə, Həsən bəy "Uzun Həsən" ləqəbini almışdı. O, Trapezund imperatoru IV İoannın qızı Dəspinə xatunla (Teodora) ilə evlənmişdi. Onların 7 oğlu vardı: Uğurlu Məhəmməd, Maqsud bəy, Zeynal bəy, Sultan Xəlil, Mirzə Yaqub, Yusif Mirzə və Məsih Mirzə. Bu oğlanlardan üçü-Uğurlu Məhəmməd, Maqsud bəy və Zeynal bəy hələ Həsən bəyin sağlığında dünyadan köçmüşdülər. Uzun Həsənin sarayında səfir olmuş Venesiya diplomatı Ambrozio Kontarininin yol qeydlərində Azərbaycan və Uzun Həsənin özü barədə bir çox maraqlı mə'lumatlar var. Uzun Həsən haqqında o yazır: "Uzun Həsən çox yeyir, az qala fasiləsiz olaraq şərab içir və öz qonaqlarına qulluq etməyi sevir. Onun yanında həmişə rəqqasələr və müğənnilər olur. Onlar onun əmri ilə oxuyub-oynayırlar. Ümumiyyətlə, o, şən xasiyyətli, arıq, ucaboy, qırmızısifət bir kişidir və üzündə tatar cizkiləri var."

Uzun Həsənin uşaqlıq və gənclik illəri barədə heç nə mə'lum deyil. Bircə onu ehtimal etmək olar ki, o, yaxşı təhsil almış və yenicə yaranan Ağqoyunlu dövlətinin hərbi tə'limlərində iştirak etmişdir.

Uzun həsən Ağqoyunlu tayfalarını birləşdirib, Dəclə və Fərat çaylarının yuxarı axarı boyunca paytaxtı Diyarbəkirdə yerləşən kiçik bir ərazidə öz hakimiyyətini qurur. Və o vaxtdan da adı tarixə düşür.

Hər tərəfdən düşmənlərlə əhatə olunmuş bu kiçik dövlətin başçısı öz müttəfiqlərini Osmanlı imperiyasının Avropaya doğru genişlənməsindən qorxuya düşən qərb dövlətləri arasında axtarır. Uzun Həsən öz müşavirləri vasitəsilə bir neçə Avropa ölkəsi ilə ona odlu silah yardımı göstərilməsi barədə danışıqlar aparır. Həmin yardım Qara dəniz və Aralıq dənizi vasitəsilə Uzun Həsənin müttəfiqi, Ağqoyunlu tayfaları ilə qədimdən əməkdaşlıq edən və Qaraman bəyliyinin qərb sərhədlərində yerləşən yunan Trapezund dövləti üzərindən keçib gəlməli idi.

Osmanlılar bunun qarşısını almaq istəyir və 1453-cü ildə II Mehmed tərəfindən Konstinopol işğal olunduqdan sonra Trapezund dövlətini məhv etmək qərarına gəlirlər. Uzun Həsən buna mane olmaq istəsə də, Osmanlı qoşunlarının Ağqoyunlu ərazisinə müdaxiləsi onu məcbur edir ki, sülh xahişi ilə onlara müraciət etsin. Osmanlıların Yastıçəmən yaylağında yerləşən düşərkəsinə Uzun Həsənin anası Sara xatunun başçılığı ilə elçilər yollanır. Sara xatun mahir bir diplomat kimi öz ölkəsindən çox-çox uzaqlarda da tanınmışdı. O, bu dəfə də öz vəzifəsinin öhdəsindən gəlir?sülh bağlanır. Bu sülhün şərtlərinə görə, Uzun Həsən türklərin Trapezundu işğal etməsinə mane olmamalı, türklər isə onun dövlətinin ərazisindən çıxmalı idilər.

Uzun Həsəni neytrallaşdırmaq üçün II Mehmed Trapezund üzərinə hücuma keçərkən Sara xatunu və onun başçılıq etdiyi hey'əti də özü ilə götürür. 1461-ci il oktyabrın 26-da Trapezundun mühasirəsi qələbə ilə nəticələnir. Sara xatun sultanı inandıra bilir ki, Trapezund çarlığının xəzinəsindəki sərvətin bir hissəsi onun gəlini Dəspinə xatuna çatmalıdır və həmin iri məbləği də götürüb, özü ilə vətənə aparır.
Əvvələ qayıt Aaa gitmek
https://worldaz.azerbaijaniforum.com
Admin
Admin
Admin
Admin


Erkek
İsmarıc sayı : 106
Age : 35
Şəhər/ölkə : Bakı/Azərbaycan
İş/hobbi : Proqramist
Registration date : 02/09/08

Azərbaycanın Görkəmli Şəxsiyyətləri Empty
Yeni mövzuMövzu: Geri: Azərbaycanın Görkəmli Şəxsiyyətləri   Azərbaycanın Görkəmli Şəxsiyyətləri Icon_minitimeÇər. Sen. 17, 2008 3:46 pm

Uzun Həsən 2ci hissə
Ağqoyunlu dövləti Qara dənizdən keçən ən'ənəvi ticarət yolunu itirmiş olur. Bundan sonra osmanlılar Uzun Həsənin digər bir müttəfiqini?Qaraman bəyliyini də tutub, onu faktiki olaraq Aralıq dənizinə çıxışdan da məhrum edirlər. Türkiyə ilə münasibətlərdə gərginlik artmaqdadır. Osmanlılar Qaraqoyunlu Cahan şahı və teymurilərdən olan Əbu Səidi Uzun Həsənlə mübarizəyə təhrik edirlər. 1467-ci ildə bütün bunların nəticəsində Cahanşah Qaraqoyunlu Təbrizdən öz qoşunu ilə Diyarbəkirə tərəf hərəkət edir. Osmanlı sultanı II Mehmed oğlu şahzadə Bayazidi ona köməyə göndərəcəyini və'd edir. Düşmənin planlarından xəbər tutan Uzun Həsən gözlənilmədən Muş düzündə onların qarşısına çıxır. Cahanşah məğlubiyyətə uğrayıb, geri çəkilir. Uzun Həsən onu tə'qib edərək, gecə düşmənin Ərzincan yaxınlığındakı düşərkəsinə hücum çəkir. Qaraqoyunlu ordusunun qalıqları məhv edilir, Cahanşah öldürülür. Bir müddətdən sonra Uzun Həsən Xoy şəhəri yaxınlığında Cahanşahın Qaraqoyunlu dövlətini bərpa etmək etmək istəyən oğlu Həsənəlini də məğlub edir. Uzun Həsən Cahanşahın başını onun müttəfiqi Əbu Səidə, Həsənəlinin başını isə sultan II Mehmedə göndərir.

Cahanşahın süqutundan sonra teymuri Əbu Səid öz müttəfiqi Həsənəlini müdafiə etmək pərdəsi altında Azərbaycan üzərinə hücuma keçməyə hazırlaşmışdı. Hətta Sara xatunun sülh şərtləri ilə onun hüzuruna göndərilməsi də Əbu Səidi bu addımı atmaqdan çəkindirmədi. Keçmiş müttəfiqi şirvanşahın köməyinə bel bağlayan Əbu Səid Şirvana doğru hərəkət edir. Lakin Fərrux Yasar Ərdəbil şeyxi Heydərlə birlikdə Uzun Həsənin tərəfinə keçir və Əbu Səidin qoşunları tamamilə blokadaya alınır. Orduda aclıq başlanır. Uzun Həsən Əbu Səidin danışıq təklifini qəbul etmir və gözlənilmədən düşmən qoşununa hücum çəkib, onu pərən-pərən salır. Bu döyüş tarixə Mahmudabad döyüşü kimi daxil olmuşdur. Əbu Səid qaçmağa cəhd göstərsə də, onu tutub e'dam edirlər. Həsənəli isə Uzun Həsənin oğlu Uğurlu Məhəmmədin əlində ölür.

Qaraqoyunlular dövləti süqut edir, Teymurilər dövləti isə həddən artıq zəifləyir. Uzun Həsən Azərbaycanın əsasında Qərbi İranın, İraqın, Ermə-nistanın, Kürdüstanın, Diyarbəkirin, Şərqi Gürcüstanın və digər kiçik dövlətlərin də daxil olduğu möhtəşəm bir dövlət qurur. Həmin dövlətin paytaxtı isə Təbrizdə qalır.

Ağqoyunlu dövlətinin tarixində yeni bir dönəm başlayır. Artıq onun bir, lakin çox güclü düşməni qalmışdır?bu, Osmanlı Türkiyəsidir. Onunla mübarizə aparmaqdan ötrü isə köhnə metodlar keçmir. Bunun üçün ölkəni iqtisadi cəhətdən möhkəmləndirmək, ordunu yenidən təşkil etmək və küclü müttəfiqlər tapmaq lazımdır. Uzun Həsən özünəməxsus çeviklik və enerji ilə bu məsələlərin həllinə başlayır. Qeyd etmək lazımdır ki, o, bundan əvvəl də həmin istiqamətdə müəyyən işlər görmüşdü. İlk növbədə ölkə iqtisadiyyatının inkişafına təkan vermək üçün Uzun Həsən bir sıra islahatlar aparır ki, bunlar da öz əksini onun "Qanunnamə'sində tapmışdır. Sonralar bu topilu "Padşah Həsənin qanunları" adı ilə məşhurlaşır. Həmin qanunların həyata keçirilməsi nəticəsində verkilərin yığılması qanuniləşir və sistem şəklini alır, sənətkarlıq və ticarət inkişaf edir. Uzun Həsənin xəzinəsi dolur və Azərbaycanda möhtəşəm bir mərkəzləşdirilmiş dövlət yaranır.

Uzun Həsənin başqa dinlərə e'tiqad edən əhaliyə qayğısı bu nəhəng və çoxtayfalı ölkədə sabitləşdirici rol oynayır. Uzun Həsən şiə və xristianları hər cəhdlə həvəsləndirirdi. O, özü Trapezund imperatoru IV İoanın (1429-1458) qızı Dəspinə xatunla evlənmiş, bacısını Şah İsmayılın babası, şiə şeyxi Cüneydə, qızı Aləmşahbəyimi isə Şeyx Cüneydin oğlu Şeyx Heydərə ərə vermişdi.

Ordusunun təkmilləşdirilməsi haqqında çox düşünən Uzun Həsən bu məqsədlə Avropadan mütəxəssislər çağırır və nizami ordu yaratmaq istəyir. Venesiya və başqa ölkələrdən gəlmiş mütəxəssislər odlu silah istehsal etmək üçün ona köməklik göstərirlər. Ölkədə top istehsalına başlanılır, topçu kadrlar hazırlanmasının əsası qoyulur. Lakin lazımi qədər top istehsal etmək Uzun Həsənə müyəssər olmur, topların qərbdən gətirilməsi işi isə müxtəlif səbəblər üzündən tez-tez pozulur.
Əvvələ qayıt Aaa gitmek
https://worldaz.azerbaijaniforum.com
Admin
Admin
Admin
Admin


Erkek
İsmarıc sayı : 106
Age : 35
Şəhər/ölkə : Bakı/Azərbaycan
İş/hobbi : Proqramist
Registration date : 02/09/08

Azərbaycanın Görkəmli Şəxsiyyətləri Empty
Yeni mövzuMövzu: Geri: Azərbaycanın Görkəmli Şəxsiyyətləri   Azərbaycanın Görkəmli Şəxsiyyətləri Icon_minitimeÇər. Sen. 17, 2008 3:47 pm

Uzun Həsən 2-ci hissə
Uzun Həsən böyük tikinti işləri də aparır. O, Təbrizdə örtülü "Qeysəriyyə" bazarını, "Nəsriyyə" universiteti ilə birlikdə möhtəşəm məscid və dikər ictimai binalar tikdirir. Uzun Həsənin sarayında alimlər məclisi fəaliyyət göstərir və zəngin kitabxana yaradılır. Kitabxanada çoxlu alim çalışır, onun nəzdindəki e'malatxanalarda isə o dövrün ən görkəmli xəttat və rəssam-miniatürçüləri fəaliyyət göstərirdi. Sonralar, Səfəvi şahlarından İsmayıl və Təhmasibin zamanında həmin kitabxana genişlənir və daha da zənginləşdirilir. Sarayda saz çalanlar ansamblı yaradılmışdı ki, buraya da 98 aşıq daxil idi.

Uzun Həsənin parlaq qələbələrindən sonra Aqqoyunlu dövlətinin nüfuzu artır. Uzun Həsən və onun mahir sərkərdələri olan Məhəmməd Bağır Mirzə, Mirzə Yusif xan, Uğurlu Məhəmməd, Zeynal bəy və başqalarının adları Azərbaycanın sərhədlərindən də çox-çox uzaqlarda məşhurlaşır. Uzun Həsənin özünü Teymur və Makedoniyalı İskəndərlə müqayisə edirlər. Uzun Həsənin müasiri Fəzlullah ibn-Ruzbihan Xunci yazırdı: "Xaqan əl-afaq, sahib-qıran, muin əl-xilafə vəs-səltənə Əbu-nəsr Həsən Bahadır xan Qaraqoyunluların cahan şahlığına son qoydu. Onlar dünyanın hakimiyyət düzündə alaq otları idi. O, Cahan şahın xəzinə alovundan şam yandırmaq istəyən oğlu Həsən Əliyə ölüm şərbətini daddırdı. Uzaq Otrar və Kaşğar vilayətlərindən yüz min döyüşçü ilə Qarabağ üzərinə hücuma gələn teymuri sultan Əbu Səidin yasəmən bağını qara bağa döndərdi. Beləliklə, cəmisi bir neçə il ərzində o, öz hakimiyyətinin sərhədlərini Fəratdan Amu-Dəryaya və Rumdan Ümman adalarına qədər genişləndirdi. Onun atlarının ayaqları altında gürcülərin torpaqları dəfələrlə tapdandı. O, öz bayrağını Ruma və Suriyaya qədər apardı. O, sərhədyanı torpaqlarını və yolları qoruyub müdafiə etdi və bununla da İslamın rəmzlərinə yeni can verdi. O, çox böyük səxavət göstərib, 400-dən artıq dini xeyriyyə idarəsi (zaviyə və ribat və xanəgah) yaratdı..."

Avropa Uzun Həsənə böyük ümidlər bəsləyirdi. İndi yalnız o, Osmanlı Türgiyəsinin fikrini yayındıra və onu Avropaya doğru irəliləməkdən saxlaya bilərdi. Professor Yaqub Mahmudovun Ağqoyunlular və Səfəvilər dövlətlərinin qərbi Avropa ilə münasibətlərə həsr etdiyi samballı elmi araşdırmasında da göstərdiyi kimi, bu dövrdə Uzun Həsən Venesiya Respublikası, Böyük Moskva Knyazlığı, Qızıl Orda, Polşa, Avstriya, Macarıstan, Çexiya, Almaniya, Papalıq, Burqundiya, Neopolitan Krallığı, Rodos, Kipr, Qaraman bəyliyi, Misir, Hindistan və başqa dövlətlərlə diplomatik münasibətlər saxlayırdı.

Ağqoyunlu dövlətinin Venesiya Respublikası ilə diplomatik münasibətlərinə dair materiallar daha yaxşı qorunmuşdur. Bu ölkə Uzun Həsənin sarayında daim səfirlər saxlamış, müxtəlif vaxtlarda Katerina Zeno, Barbaro və Ambrozio Kontarini burada elçi olmuşlar. Venesiya Senatı öz iclaslarında tez-tez Uzun Həsənin Osmanlı imperiyasına qarşı mübarizəyə cəlb olunması məsələlərini müzakirə edirdi. Uzun Həsən Qara və Aralıq dənizlərinə çıxış qazanmaq uğrunda mübarizəyə hazırdır, lakin onun şərtləri də var. O, tələb edir ki, odlu silahla tə'min edilsin və hər iki ölkə hərbi əməliyyatlara eyni vaxtda başlasın. Venesiya tərəfi ilə əldə olunmuş razılıq əsasında odlu silah yardımını Qaraman bəyliyi ərazisindən həyata keçirilməlidir. Lakin sultan II Mehmed hadisələri qabaqlayaraq, Qaraman bəyliyinin qalan yerlərini da işğal edir və Uzun Həsənin Qərbi Avropa ilə əlaqələrini tamamilə kəsir. Uzun həsən də bunun cavabında 1472-ci ilin baharında öz qoşunlarını Qaramana yeridir. Bir neçə parlaq qələbə qazandıqdan sonra məşhur Ağqoyunlu süvariləri Qaramanı türklərdən təmizləyərək, Aralıq dənizinə çıxış əldə edir. Lakin təəssüf ki, Uzun Həsənin cəhdləri boşa çıxır. Müttəfiqlər nəinki ikinci cəbhəni açmır, hətta razılaşdıqları kimi, odlu silahı sahilə də çıxarmırlar.

Sərkərdə Mirzə Yusif xanın başçılıq etdiyi arxa cəbhədən aralanmış Ağqoyunlu qoşunları sultan II Mehmedin buraya atdığı yeni və artilleriya ilə təchiz olunmuş güclü Osmanlı ordusu ilə üz-üzə qalır. Bəyşəhər yaxınlığındakı döyüşdə Ağqoyunlu ordusu məğlubiyyətə uğrayır və Qaraman yenidən osmanlıların əlinə keçir. 1473-cü ilin ortalarında Venesiya ilə odlu silah tə'minatı barədə yeni razılığa gələn Uzun Həsən qoşunlarını təzədən Aralıq dənizi sahillərinə yeridir. Bu dəfə II Mehmed Ağqoyunluları yolda qarşılayır. Uzun Həsən düşməni Ağqoyunlu süvariləri üçün daha münasib bir yerə gətirmək məqsədilə ölkənin içərilərinə doğru irəliləyir. Türklər ehtiyatla onu tə'qib edirlər. Uzun Həsən Fərat çayının sol sahilinə çıxır, türklər isə cənuba dönərək, sağ sahillə hərəkət edirlər. Uzun müddət heç biri çayı keçməyə cür'ət etmir. Nəhayət, avqustun 1-də Malatya yaxınlığında çoxdan gözlənilən döyüş başlayır. Bu gərgin döyüş üç saata qədər davam edir və Uzun Həsənin tam qələbəsi ilə başa çatır. Təxminən 50 min türk əskəri halak olur, 150 zabit və 35 nəfər yüksək səviyyəli sərkərdə isə əsir düşür. II Mehmed sülh müqaviləsi bağlamağı təklif etsə də, Uzun Həsən hərbi əməliyyatları davam etdirmək qərarına gəlir. Türklərin qüvvələri tükənməmiş Fərat çayının sağ sahilləri ilə geri çəkilirlər.

Bu döyüşdən on gün sonra Uzun Həsənin öz qüvvələrinə arxayın olan sərkərdələri onu inandırıb, çayı keçmək və türkləri biryolluq əzmək fikrinə gətirirlər. Əvvəl-əvvəl türkləri mühasirəyə alaraq, artilleriyadan istifadə etməyə imkan verməmək onlara müyəssər olur. Türklər mühasirəyə alınıblar və məğlubiyyət ərəfəsindədirlər. Son anda isə onlar hiyləgər bir manevr edərək, mühasirədən çıxır və artilleriyalarını işə salaraq, təqribən 8 saat davam edən döyüşü udurlar. Bu döyüş tarixə Otluqbəyli vuruşu kimi daxil olub. həmin qələbə türklərə elə ağır başa gəlir ki, sultan hərbi əməliyyatları davam etdirmədən və hətta Ağqoyunlulara qarşı heç bir ərazi iddiası irəli sürmədən tez-tələsik İstambula yola düşür.

Uzun Həsən yenə də ona və'd olunmuş silahları alıb, ordusunu lazımınca silahlandıra bilmir. Bu problemi heç onun oğlanları və nəvəsi Şah İsmayıl da həll edə bilmir. Şah İsmayılın Çaldıran döyüşündə məğlub olmasının əsas səbəbi də türklərin artilleriyaya sahib olmaları idi.

Venesiya elçisi Ambrozio Kontarini Uzun Həsənin ordusundakı silahlar barədə yazırdı: "Uzun Həsənin döyüşçüləri ox, yay, qılınc və ipəkdən, yaxud da məftildən düzəldilmiş kiçik qalxanlarla silahlanır. Onlar nizədən istifadə etmirlər. Seçmə döyüşçülərə yaxşı dəbilqələr və mizraqlar verilir. Onların atları isə olduqca gözəl və dözümlüdür."

Uzun Həsən belə kasıbyana texniki təchizatla yaxşı silahlanmış və artilleriyaya sahib olan türklərə qalib gələ bilməyəcəyini anladığı üçün döyüşü həmişə elə qurmağa .çalışır gi, həlledici rolu onun cəngavər süvariləri oynasın. Yetərincə odlu silahı olmayan və yeniləşməsi başa çatmayan bir ordunun qazandığı qələbələr Uzun Həsənin sərkərdəlik məharəti və hərbi ehtiyatlardan lazımınca istifadə etmək bacarığı sayəsində əldə edilirdi. Məğlub olduqdan sonra da Uzun Həsən türklər əleyhinə yaradılmış koalisiyanın daha da möhkəmləndirilməsi uğrunda fəal siyasi mübarizəyə qoşulur. Onun sarayında yenə də Avropa ölkələrindən gəlmiş elçiləri tez-tez görməg olar. O, türklərə qarşı yeni hərbi əməliyyatlara başlayacağını bildirir və müttəfiqlərini də buna çağırır. 1477-ci ildə Uzun Həsən özünün son yürüşünə?Gürcüstan üzərinə yürüşə gedir. Oradan zəngin qənimət və 5 min nəfərlik əsirlə qayıdır. Həmin əsirləri də öz yaxınlarına paylayır. Elə həmin vaxtlarda Uzun Həsənin oğlu, iste'dadlı sərkərdə və qalibiyyətli yürüşlərin iştirakçısı olan Uğurlu Məhəmməd atasına qarşı qiyam qaldırır. Qardaşı Sultan Xəlil tərəfindən tə'qib olunduqdan sonra isə Türkiyəyə qaçır. Sultan II Mehmed orada onu ədəb-ərkanla qəbul edir və öz qızı Kövhərxan sultanı da ona ərə verir. Uğurlu Məhəmməd atasına qarşı mübarizəsini davam etdirir, lakin onu tezliklə tutub e'dam edirlər. Bundan az sonra 1478-ci ilin 5 yanvarında Uzun Həsənin özü də həyatla vidalaşır. Onu özünün tikdirdiyi "Nəsriyyə" məscid kompleksində dəfn edirlər. Bundan sonra həmin məscid "Həsən padşahın məscidi" adlanır.

Təəssüf ki, Uzun Həsənin varisləri onun yaratdığı nəhəng imperiyanın qüdrətini qoruyub saxlaya bilmirlər. Daxili çəkişmələr ölkəni zəiflədir və 1499-cu ildə dövlət iki yerə parçalanır. Azərbaycan və Ermənistana Əlvənd Mirzə Ağqoyunlu, İraq və Farsa isə Murad.Padşah Ağqoyunlu hökmranlıq edir. 1501 -çi il-də şah İsmayıl Əlvənd Mirzənin, 1503-cü ildə isə Murad Padşahın qoşunlarını darmadağın edir və bununla da Ağqoyunlu dövlətinin mövcudluğuna son qoyulur.

Bu dövlət öz yerini şah İsmayılın yaratdığı səfəvilər dövlətinə verir. Bu, Azərbaycan-türk dövlətləri olan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin birbaşa varisi idi və Azərbaycan ədəbiyyatının, mədəniyyətinin və incəsənətinin sonrakı inkişafında mühüm rol oynamışdı.
Əvvələ qayıt Aaa gitmek
https://worldaz.azerbaijaniforum.com
noticen245
İstifadəçi
İstifadəçi



Erkek
İsmarıc sayı : 3
Age : 53
Şəhər/ölkə : tententen
İş/hobbi : 12412412
Registration date : 04/07/10

Azərbaycanın Görkəmli Şəxsiyyətləri Empty
Yeni mövzuMövzu: Geri: Azərbaycanın Görkəmli Şəxsiyyətləri   Azərbaycanın Görkəmli Şəxsiyyətləri Icon_minitimeB. İyul 04, 2010 7:55 am

Bu döyüşdən on gün sonra Uzun Həsənin öz qüvvələrinə arxayın olan sərkərdələri onu inandırıb, çayı keçmək və türkləri biryolluq əzmək fikrinə gətirirlər. Əvvəl-əvvəl türkləri mühasirəyə alaraq, artilleriyadan istifadə etməyə imkan verməmək onlara müyəssər olur. Türklər mühasirəyə alınıblar və məğlubiyyət ərəfəsindədirlər. Son anda isə onlar hiyləgər bir manevr edərək, mühasirədən çıxır və artilleriyalarını işə salaraq, təqribən 8 saat davam edən döyüşü udurlar. Bu döyüş tarixə Otluqbəyli vuruşu kimi daxil olub. həmin qələbə türklərə elə ağır başa gəlir ki, sultan hərbi əməliyyatları davam etdirmədən və hətta Ağqoyunlulara qarşı heç bir ərazi iddiası irəli sürmədən tez-tələsik İstambula yola düşür.
>?????

____________

Human Growth Hormone
nutrition supplements
Əvvələ qayıt Aaa gitmek
Sponsored content





Azərbaycanın Görkəmli Şəxsiyyətləri Empty
Yeni mövzuMövzu: Geri: Azərbaycanın Görkəmli Şəxsiyyətləri   Azərbaycanın Görkəmli Şəxsiyyətləri Icon_minitime

Əvvələ qayıt Aaa gitmek
 
Azərbaycanın Görkəmli Şəxsiyyətləri
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun msaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Dünya Azərbaycanlıları :: Azərbaycan :: Azərbaycanın tarixi-
Keç: