Dünya Azərbaycanlıları
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Dünya Azərbaycanlıları

Bizi birləşdirən tək yer
 
AnasayfaAxtarQeydiyyatdan keçinGiriş
Navigation
 Ana səhifə
 Chat
 Blog
 İstifadəçi siyahısı
 Şəxsi mə`lumat
 MVS
 Axtar
Böyük qayıdış
Islamda qadının yeri və qızların tərbiyəsi! Icon_minitimeÇ.a. Dek. 08, 2009 2:03 am tarafndan Admin
Əziz qrup istifadəçiləri uzun zamandan sonra yenidən forumumuzun inkişafına birgə çalışmağa dəvət edirəm.......Uzun zamandır …

Yorum: 0
Forumda Müsabiqə
Islamda qadının yeri və qızların tərbiyəsi! Icon_minitimeC.a. Fev. 19, 2009 9:10 pm tarafndan Admin
Əziz qrup istifadəçilərimiz aprel ayının birinə qədər ən çox ismaric yazmış və fəal olmuş 2 istifadəçimizə status veriləcək və …

Yorum: 2
En son konular
» Ən yeni və Müasir tarix
Islamda qadının yeri və qızların tərbiyəsi! Icon_minitimeB. İyul 04, 2010 7:56 am tarafndan noticen245

» İbtidai icma quruluşu
Islamda qadının yeri və qızların tərbiyəsi! Icon_minitimeB. İyul 04, 2010 7:56 am tarafndan noticen245

» Azərbaycanın Görkəmli Şəxsiyyətləri
Islamda qadının yeri və qızların tərbiyəsi! Icon_minitimeB. İyul 04, 2010 7:55 am tarafndan noticen245

» Müstəqilliyimizə aparan yol
Islamda qadının yeri və qızların tərbiyəsi! Icon_minitimeC.a. Dek. 17, 2009 10:07 pm tarafndan Admin

» Xaricdə mövcud olan millətimiz....
Islamda qadının yeri və qızların tərbiyəsi! Icon_minitimeÇ.a. Dek. 08, 2009 2:11 am tarafndan Admin

» Böyük qayıdış
Islamda qadının yeri və qızların tərbiyəsi! Icon_minitimeÇ.a. Dek. 08, 2009 2:03 am tarafndan Admin

» Quba rayonu
Islamda qadının yeri və qızların tərbiyəsi! Icon_minitimeC. Dek. 04, 2009 1:44 pm tarafndan Naughty

» Oğuz rayonu
Islamda qadının yeri və qızların tərbiyəsi! Icon_minitimeŞ. Okt. 24, 2009 7:56 pm tarafndan www.oguzinfo.tk

» Xızı rayonu
Islamda qadının yeri və qızların tərbiyəsi! Icon_minitimeÇ.a. Okt. 20, 2009 2:11 pm tarafndan ul-via

Axtar
 
 

Sonu :
 
Rechercher knt aratrma
Affiliates
free forum
En iyi yollayclar
Admin
Islamda qadının yeri və qızların tərbiyəsi! Vote_lcapIslamda qadının yeri və qızların tərbiyəsi! Voting_barIslamda qadının yeri və qızların tərbiyəsi! Vote_rcap 
SEHERKULEYI
Islamda qadının yeri və qızların tərbiyəsi! Vote_lcapIslamda qadının yeri və qızların tərbiyəsi! Voting_barIslamda qadının yeri və qızların tərbiyəsi! Vote_rcap 
Ramiros
Islamda qadının yeri və qızların tərbiyəsi! Vote_lcapIslamda qadının yeri və qızların tərbiyəsi! Voting_barIslamda qadının yeri və qızların tərbiyəsi! Vote_rcap 
mali59
Islamda qadının yeri və qızların tərbiyəsi! Vote_lcapIslamda qadının yeri və qızların tərbiyəsi! Voting_barIslamda qadının yeri və qızların tərbiyəsi! Vote_rcap 
noticen245
Islamda qadının yeri və qızların tərbiyəsi! Vote_lcapIslamda qadının yeri və qızların tərbiyəsi! Voting_barIslamda qadının yeri və qızların tərbiyəsi! Vote_rcap 
rashadzalov
Islamda qadının yeri və qızların tərbiyəsi! Vote_lcapIslamda qadının yeri və qızların tərbiyəsi! Voting_barIslamda qadının yeri və qızların tərbiyəsi! Vote_rcap 
ul-via
Islamda qadının yeri və qızların tərbiyəsi! Vote_lcapIslamda qadının yeri və qızların tərbiyəsi! Voting_barIslamda qadının yeri və qızların tərbiyəsi! Vote_rcap 
www.oguzinfo.tk
Islamda qadının yeri və qızların tərbiyəsi! Vote_lcapIslamda qadının yeri və qızların tərbiyəsi! Voting_barIslamda qadının yeri və qızların tərbiyəsi! Vote_rcap 
celiko
Islamda qadının yeri və qızların tərbiyəsi! Vote_lcapIslamda qadının yeri və qızların tərbiyəsi! Voting_barIslamda qadının yeri və qızların tərbiyəsi! Vote_rcap 
cemil452
Islamda qadının yeri və qızların tərbiyəsi! Vote_lcapIslamda qadının yeri və qızların tərbiyəsi! Voting_barIslamda qadının yeri və qızların tərbiyəsi! Vote_rcap 

 

 Islamda qadının yeri və qızların tərbiyəsi!

Aaa gitmek 
MüəllifIsmarıc
SEHERKULEYI
Moderator
Moderator


İsmarıc sayı : 7
Registration date : 09/10/08

Islamda qadının yeri və qızların tərbiyəsi! Empty
Yeni mövzuMövzu: Islamda qadının yeri və qızların tərbiyəsi!   Islamda qadının yeri və qızların tərbiyəsi! Icon_minitimeÇər. Mar. 04, 2009 4:40 pm

iSLAMDA QADININ YERİ VƏ QIZLARIN TƏLİM-TƏRBİYƏSİ
Allah təala qadını hiss baxımından kişiyə görə daha zəngin yaratmışdır. Bu duyğu və hiss zənginliyi Allahın qadına verdiyi əsas bir vəzifənin gərəyidir. Bu vəzifə isə nəslin qorunması və tərbiyəsidir. Bu ilahi nizamdan kənara çıxılarsa, qadının yaradılışına xəyanət edilmiş olar.
Zəmanəmizdə qadınlarla kişilər arasında uydurma bir bərabərlik yarışı başladılmışdır. Yaradılışdakı xüsusiyyətlərə zidd olan bu yarış xanımlıq və analıq vəzifələrini zədələmiş, ailənin xoşbəxtlik və rahatlığı yax olmuş, cəmiyyyət həyatı sarsılmış, fərdlər şəxsiyyətini itirmişdir.
Qadın və kişinin fiziki, mənəvi yaradılış və fitrətləri bərabər deyil ki, feili və ya hüquqi bərabərlik olsun. Mühüm olan hər sahədə bir bərabərlik deyil, haqlar və vəzifələr arasında tarazlıqdır.
Allah təala qadınlar və kişilər arasında bir-birlərini tamamlayan çox gözəl bir vəzifə bölgüsü qoymuş və hər ikisinə ayrı-ayrı qabiliyyətlər vermişdir. Qadın və kişi ancaq maddi və mənəvi bütünləşdiyi zaman yaradılış qayəsinə uyğun bir kamillik meydana gəlir, ailə və bunun nəticəsində cəmiyyət xoşbəxt olur.
Qadının kamilliyi Allahın verdiyi gözəl xüsusiyyətləri qoruması və inkişaf etdirməsi ilk ortaya çıxar. Qadın sahib olduğu bu xüsusiyyətləri ilahi nizama tərs bit şəkildə yönləndirər, öz həqiqət və ləyaqətinə vida edərsə, qiymətini məhv edər, ləyaqət, nəzakət və zərifliyini itirmiş olar. Beləcə, cəmiyyət həyatı quraq torpaqlar halına gələr.
Qadının yaradılışına görə yaşaması cəmiyyəti cənnətə çevirir. Qadın ailədə cəmiyyətin billur bir avizəsi kimidir. Tarix səhifələrini vərəqlədiyimiz zaman görürük ki, millətlər xanımlarla abad olmuş və ya onların əliylə bərbad olmuşlar. əgər qadınlara xoşbəxtlik üçün küçələr göstərilərsə, onların həyat yolları şüşə qırıqları ilə dolar.
Qadınlar xoşbəxtlik və səadəti harada axtarmalıdırlar?
Qadının səadəti ləyaqətini qoruyaraq yaşamasında və ailəsini qorumasındadır. “Cənnət anaların ayaqları altındadır.” (Suyuti, Camius-sağir, 1, 125) hədisi-şərifi layiqli analar üçün Peyğəmbərimizin nə böyük müjdəsidir.
Fəzilətli ana ilahi qüdrətin genişlədilmiş rəhmət qucağı, ailədə səadət qaynağı, zpvq və səfa işığı, ailə üzvlərinin şəfqət mənbəyidir. Rəbbimizin “ər-Rahmən” və “ər-Rahim” isimlərinin dünyadakı müstəsna və əsas bir təcəlligahıdır.
Bizi əvvəlcə bir müddət bətnində, sonra qollarında və ölüncəyə qədər də qəlblərində gəzdirən analarımıza göstəriləcək sevgi və hörmətə layiq olan ikinci bir varlıq yaradılmamışdır. Evin nizamı və övlad tərbiyəsini çiyinlərində daşıyan analar həqiqətən sonsuz sevgiyə, dərin məhəbbətə və ömürlük bir təşəkkürə layiqdirlər.
Bir ana rihinda toplanan sonsuz səfqətin hüdudlarını təyin edə bilən bir ölçü varmı? Özü yeməmiş yedirmiş, geyməmiş geydirmiş, yatmamış yatırmış... Həyatın fırtınalarında üzərimizə toz qonmasın deyə bütün varlığını fəda edən ata və anaların haqlarını ödəyə bilmək mümkündürmü?
Mövlana həzrətləri belə buyurur:
“-Ana haqqına riayət et! Onu başında tac et! Çünki analar doğum sancısı çəkməyəcəkdilər uşaqlar da dünyaya gəlməyə yoltapa bilməzdi.”
Böyük vəli və İslam hüquqçusu olan İmam Əzəm həzrətləri zülmə alət olmaq üçün Bağdad qazılığını rədd etmişdi. Xəlifə Əbu Cəfər Mənsur onu cəzalandırmaq üçün həbs etdirmiş və dəyənək cəzası vermişdi. Hər gün vurma sayını da artırırdı. İmam Əzəm həzrətləri isə dəyənəklər altında çəkdiyi iztirabdan daha çox: “Bu halımı anam eşidərsə, nə edər?” təlaşı ilə dostlarına xəbər göndərərdi:
“Aman, bu halımı sevimli anam eşitməsin. O mənim acı çəkməyimə dözə bilməz, pərişan olar!..”-deyərək, ana məhəbbətinin ən gözəl nümunəsini sərgiləmişdir. Ana məhəbbəti sanki ona dəyənək acısını hiss etdirməmişdi.
Bəhauddin Nəqşibənd həzrətləri də:
“-Mənim qəbrimi ziyarətə gələnlər əvvəlcə anamın qəbrini ziyarət etsinlər!”- buyuraraq, ana sevgisinin sonsuzluğuna bariz bir misal olmuşdur.
Əbdürrəhman Molla Cami isə:
“- Mən anamı necə sevməyim ki, o, məni bir müddət cismində, bir müddət qollarında, ömür boyu da qəlbində gəzdirməkdədir!..”
Nəslin yetişdirilməsində anaların əhəmiyyəti
Bir milləti necə bir gələcəyin gözlədiyini görmək kəramət deyil. Bunun üçün gənclərə baxmaq kifayətdir. Hər dövrün gələcəyi öz xarakkerinə uyğun bir şəkildə enerjisini xərcləyə biləcəyi fərqli bir həyəcan aləmində yaşayar.Bu yaşayış da bütün bir millətin sanki nəbzi olur. Yəni hər millət gənclərinin hiss və fikir dünyasına görə şəkillənir. Əgər bir millətdə gənclər güclərini xeyir, mənəviyyat və fəzilət yolunda sərf edirlərsə, o millətin gələcəyi mükəmməldir. Əksinə gənclər güc və qüvvətlərini nəfsaniyyətə, yəni kobudluğa əsir və ram edirlərsə, aqibət acınacaqlıdır. Elə isə, millətlərin öz çiyinlərində şəfərlə gələcəyə aparacaq yüksək mənəviyyatlı gəncləri yetişdirməkdə ən bpyük vəzifə anaların üzərinə düşməkdədir. Çünki nəsli yetiişdirənlər analardır. Bütün övliya və fatehlər ilk feyizlərini fəzilətli bir anadan almışldırlar.
Bunun ən gözəl nümunələri əshabi-kiramın xanımlarıdır. Onlar övladlarına canları və malları ilə fədəkarlıq etməyi öyrətmişdirlər. Övladlarının könüllərini Rəsulullahın məhəbbətiylə doldurmuşlar. Beləliklə meydana gətirdikləri parlaq və xoşbəxt dövrlər ilə bir daha sübut etmişlər ki, güclü cəmiyyətlər güclü ailələrdən meydana gəlir. Güclü ailələr də daha çox mənəvi tərbiyə gprmüş, yəni nəfis əngəlini aşmış, fəzilətli xanımların əsəridir.
Bir gözəl hikmətli sözdə belə buyurulur:
“Dünya üç şeylə cənnət olur:
-Əldən, dildən və könüldən infaqla;
-Allahın bəndələrini eyibləməyib əfv etməklə;
-Zalımın zülmünə zülüm cavab verməyib hidayətinə səbəb olmaqla.”
Digər bir hikmətli sözdə insanlar içərisində özünü tanıyanlar üç sinifdir deyilmiş və belə buyurulmuşdur:
“-Heç kimsəni incitməyənlər;
-Ad və sifətlərini söyləməkdən həya edən təvazö sahibləri;
-İlahi əmanət və məxluqata Haqq nəzəriylə baxanlar.”
Gül və çiçək mənzərələri necə ki, ən qəddar və tərs insanı belə təbəssüm etdirirsə, insanlara nümunə və rəhbər olacaq şəxsin könlü də o şəkildə olmalıdır. Bütün məxluqata sevinc və səadət verməlidir. Ən qatı və səfil bir qəlb belə onun qarşısında yumuşalmalı, oyanmalıdır.
Qızlarımız iki Fatimənin ruh aləminə bürünməlidirlər.
Bunlardan biri İnsan surəsinin 8-11-ci ayələrində fəziləti Allahı təala tərəfindən bildirilən Fatimədir.
Həzrət Həsən və Həzrət Hüseyn uşaq ikən bir xəstəliyə düçaq oldular. Həzrət Əli(r.anh) və Həzrət Fatimə (r.anhə) üç gün oruc tutmağı nəzir etdilər. Birinci gün iftarlarını açacaqları vaxt bir yoxsul gəldi:
“-Allah rizası üçün yeməyə bir şeylər verin!..”-dedi.
Süfrələrindəki yeməklərini verilər. Su ilə iftar edərək ikinci gün oruca niyyət etdilər. İkinci gün iftar vaxtında bir yetim qapını döydü və:
“-Allah rizası üçün bir loxma!..” – dedi. Bu dəfə də süfrələrindəki yeyəcəklərini verdilər. Özləri isə yenə su ilə iftar edərək ertəsi günkü oruca niyyət etdilər.
Üçüncü gün eyni saatlarda bir kölə gələrək bir az yayəcək istədi. Yenə də süfrələrindəkiləri verdilər və bu dəfə də su ilə iftar etdilər. Bu hadisədən sonra İnsan surəsindəki aşağıdakı ayələr nazil oldu:
“Onlar öz iştahalarını çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər
(Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər:) “Bizi sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik.
Həqiqətən, biz Rəbbimizdən çox sərt (müdhiş), çətin gündən (üzlərin dəhşətdən eybəcər hala düşəcəyi, çöhrələrin tutulub qaralacağı qiyamət günündən) qorxuruq!”
Allah da onları o günün şərindən qoruyaraq, onlara gözəllik və sevinc bəxş edəcəkdir (üzlərinə təravət verəcək, qəlblərini sevindirəcəkdir).
Və onları etdikləri səbr müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə mükafatlandıracaqdır.“ (əl-insan, 8-12) (Vahidi, s.470; Zəmahşəri, VI, 191-192; Razi, XXX, 244)
Bu ayələrdəüç xüsus diqqəti cəlb edir:
Birincisi, Allahın məxluqatına mərhəmət, Allahın nəzəriylə Onun məxluqatına baxa bilmək; yoxsulun, yetimin və əsirin könlünü ala bilmək. Bu xüsusda Əbu Bəkr Vərraq həzrətləri belə buyurur:
“-İnfaq etməyən cənnəti ümid etməsin! Kasıbı sevməyən də Peyğəmbərimizi sevdiyini iddia etməsin. İkisi də yalançıdır.!”
İkincisi, infaqı Allah rizası üçün edə bilməkdir. Bu baxımdan həzrət Əli və həzrət Fatimə:
“- Biz bir qarşılıq gözləməyirik, bir təşəkkür də istəmirik. Etdiyimiz işləri yalnız Allah rizası üçün edirik.” –deyirdilər. Biz də etdiyimiz əməllərimizi sırf Allah rizası üçün etməliyik, bəndələrdən bir qarşılıq gözləməməliyik.
Üçüncüsü isə, bu kərəmli və nümunə insanlar:
“- Biz qiyamət günündən, o sərt və bəlalı gündən, qorxuruq.”- deyirlər. Bu da bir mömün qəlbinin Allah qorxusu ilə dolu olmasının halıdır.
Allah təala da onların bir ixlas və xidmətlərinin qarşılığı olaraq: “Onları, o bəlalı gündən qoruyarıq.”- buyurmuşdur.
Bu Fatimənin könül dünyasını əks etdirən ikinci misal belədir:
Sevimli Peyğəmbərimiz Kəbənin Rükni-Yəmani adlanan yerində namaz qılarkən Əbu Cəhl gəldi. Onu yalnız görərək sevindi və te dəvənin yenicə çıxarılmış içalatını gətirdi. Sevimli Peyğəmbərimiz səcdədə ikən 70-80 kq. Ağırlığındakı o dəvə içalatını Onun üstünə atdı. Peyğəmbərimizin hələ o zamanlar müsəlman olmamış əmisi Abbas da orada idi. Müşriklərin qəzəbindən qorxduğu üçün səsini çıxartmadı.
O vaxt oradan keçən və təxminən 9-10 yaşlarınd olan Fatimə qaçaraq gəldi, Peyğəmbəırimizin üzərindən o pislikləri təmizləməyə başladı. Bu vaxt, eyni zamanda gözlərindən yaşlar axırdı.
Sevimli Peyğəmbərimiz-səlləlahu əleyhi və səlləm-:
“-Ağlama qızım!..”- deyərək ona təsəlli verirdi. (Buxari, Salat 109, Cihad 98, Cizye 21; Müslim, Cihad 107)
Qohumluq əlaqələrinin belə aciz qaldığı bir qorxu qarşısında həzrət Fatimə mərd və qorxmazdı. O, Allah və Rəsulunu hər şeydən üstün tutar və hər şeydən çox sevərdi. Buna görə də həzrət Fatiməyə “Ümmü Əbiha-Atasının anası” adı verilmişdi.
İkinci Fatiməyə gəldikdə isə, o, Ömər bin Xəttab həzrət Peyğəmbərin canına qəsd edərək böyük bir cinayət işləməyə gedərkən, ona mane olub, hidayətə sövq edən Fatimədir. Belə ki, o gün bu Fatimə elə bir qəlblə Quran oxumuşdur ki, Ömər kimi sərt təbiətli, qatı qəlbli, cəhalət dövrünün insanı əriyib yox olmuş, yerinə könlü mərhəmətlə dolu, gözü yaşlı, Haqq qarşısında əyilən Həzrət Ömər(r.a) gəkmişdi.
Dolayısı ilə, qızlarımızın bu iki Fatiməni və bu kimi digər xanımları nümunə almaları çox mühümdür. Hər bir qızımız onalr kimi başqalarını düşünən və comərd olmalı, əməlini Allah rızası üçün yerinə yetirməli, Qurani-Kərimi bir qəlbi hiss və həyəcanla oxumalıdır ki, arzu edilən ülvi nəsiblər təcəlli etsin, ilahi feyz və təsirlər könüllərimizi doldursun.
Bu mənada Həzrət Aişə(r.anha)-nı da xatırlamaq yerinə düşər. Çünki o, peyğəmbərimizin xanımları içərisində ən üstün zəkaya sahibdi. Əshabi-Kiram arasındakı yeddi müctəhiddən biri idi. Sevimli Peyğəmbərimiz onun haqqında:
“- Dininizin üçdə birini Aişənin evində öyrənin!”-buyurmuşdur. (Deyləmi, II, 165-2828)
Beləliklə, hər müsəlman xanımın Həzrət Aişə anamızın Peyğəmbərimiz tərəfindən mədh edilmiş zəka və fərasətindən, Allah təalanın şəhadətinə nail olmuş iffətindən pay almağa şalışması lazımdır.
Niyazımız odur ki, Rəbbimiz bütün qızlarımıza Fatimə (r.anha)-nın qəlbi həyatından, Həzrət anamızın zəka, fərasət və iffətindən və xüsusən də Həzrət Xədicə anamızın sədaqət və fədakarlığından pay almağı nəsib etsin.
Amin!..


Osman Nuri TOPBAŞ
Əvvələ qayıt Aaa gitmek
http://canisi.azeriblog.com
 
Islamda qadının yeri və qızların tərbiyəsi!
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun msaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Dünya Azərbaycanlıları :: Müzakirələr :: İslam dini-
Keç: